2023-cü il dekabrın 19-dan indiyədək Azərbaycan Rusiyaya 3 milyon ədəd toyuq yumurtası tədarük edib.
Editor.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat verib.
Məlumata görə, yanvarın 19-da Azərbaycandan Rusiyaya Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə həcmi 612 min ədəd olan daha iki partiya yumurta göndərilib.

