Azərbaycan böyük təhlükələri BELƏ DƏF EDİR – Bakıdan vacib HƏMLƏbackend

Azərbaycan böyük təhlükələri BELƏ DƏF EDİR – Bakıdan vacib HƏMLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan təbii iqlim şəraitinə görə bərpa olunan enerji mənbələri nöqteyi nəzərdən olduqca zəngin və rəngarəng bir ölkədir. Xüsusilə də külək, günəş enerjisinin istehsalı baxımından Azərbaycanın çox böyük imkanları var”. 

Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində çox gərgin siyasi proseslər getdiyi halda Azərbaycandakı sabitlik diqqətdən qaçmır:

“Çox yaxşı bir haldır ki, ölkəmizin belə geniş imkana malik olmasını xaricdən də görürlər və elə ona görə də xüsusilə son bir neçə ildə ölkəmizdə bərpa olunan enerji mənbələrinin üzə çıxarılması bərpa olunan enerji istehsalına xarici investorların da maraqları son dərəcə artıb.

O da əhəmiyyətlidir ki, dünyanın müxtəlif bölgələrində çox gərgin siyasi proseslər, narahatlıqlar olduğu bir halda Azərbaycanda sabitlik davam edir. Hansı ki, bu sabitlik öz növbəsində xarici kapitalın ölkəyə cəlb olunması və axını üçün əlavə bir təkan, mənbə rolunu oynaya bilir.

Beləliklə, bir tərəfdən Azərbaycanın bərpa olunan enerji mənbələri nöqteyi nəzərindən böyük imkana, potensiala malik olması, digər tərəfdən ölkədəki sabitlik və nəhayət üçüncüsü isə qonşularımızda, eləcə də bizə yaxın olan Avrasiya bölgələrində elektrik enerjisinə, ümumiyyətlə enerjiyə olan ehtiyac Azərbaycanın əhəmiyyətini və rolunu xeyli dərəcədə artırır.

Prezident İlham Əliyev də ötən gün bərpa olunan yeni enerji layihəsinin icrasına start verərəkən də, Səudiyyə Ərəbistanının enerji şirkətinin rəhbəri ilə görüşdə də xüsusi vurğuladı ki, bərpa olunan enerji nöqteyi nəzərdən Azərbaycanın imkanları hədsizdir və bizim ölkə xüsusilə də qonşuların və Avropanın elektrik enerjisinə olan ehtiyacını nəzərə alaraq bu sektorun inkişafına xüsusi diqqət yetirir. Bu, o deməkdir ki, Azərbaycanın istehsal etdiyi elektrik enerjisini, xüsusi ilə də bərpa olunan enerji mənbələri hesabına əldə olunan enerjinin qonşu ölkələrə ixracı Azərbaycanın həm siyasi iradəsi olaraq ortadadır, həm bölgəmizdə müharibədən sonra yaranmış daha geniş əməkdaşlıq imkanlarının açılması ilə bağlıdır, həm də ölkəmizin buna imkan verən müəyyən infrastruktura malik olmasının nəticəsidir.

Heç bir şübhə yoxdur ki, bu gün Azərbaycanda istehsal olunan elektrik enerjisini ölkənin istənilən bir istiqamətdə sərhədlərinə qədər çıxarılması üçün böyük infarstuktura malikdir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumu Azərbaycanda əhalinin elektrik enerjisi ilə təmin edilməsi məsələsində ölkə reytinqini çox yüksək qiymətləndirib. Bu, o deməkdir ki, hətta ən ucqar nöqtələrə qədər Azərbaycanda elektrikləşdirmə problemi demək olar ki, həll edilib. Bu, eyni zamanda onun ifadəsidir və onu deməyə əsas verir ki, ölkənin istehsal etdiyi elektrik enerjisini sərhədlərə qədər çıxarmaq üçün Azərbaycan tələb olunan bütün infrastrukturlara malikdir. Bu da həm bərpa olunan enerjinin ölkəmizdə istehsalı baxımından, həm də onun yaxın və nisbətən orta region ölkələrinə sərbəst ixracı üçün böyük imkanlara malik olduğumuzun ifadəsidir”.

Milli.Az