Azərbaycan bu hərəkəti cavabsız qoymayacaq: “Əgər regionda yenidən müharibə mühiti yaranacaqsa…”backend

Azərbaycan bu hərəkəti cavabsız qoymayacaq: “Əgər regionda yenidən müharibə mühiti yaranacaqsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan düşdüyü durumdan çıxmaq üçün yollar axtardıqca daha da çıxılmaz duruma düşür. İrəvan bu yükü çəkmək potensialının olmadığını göstərir. Yeni dünya düzəni yaradıldığını eşidən Ermənistan hesab edir ki, hansı dövlət bu durumda nə istəsə onu da edə bilər ki, bu şəraitdən uğurla çıxsın. Amma hesab etmir ki, Ermənistanın indiki durumda özbaşına inisiativ göstərib istədiyini etməsi onun imkanları xaricindədir. Ən azı ona görə ki, Ermənistanın yaxın keçmişi işğalçı adı ilə damğalanıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıə Fransanın Ermənistanı hücum silahları ilə silahlandırmasına göz yummayacaq:

“Həmin silahlar Ermənistana gətirilərsə, Ermənistan Azərbaycan Ordusunun hədəf nöqtəsində olacaq. Bir məqam da bu silahların Ermənistana daşınmasına şərait yaradan ölkələrlə əlaqədardır. Onlar arasında Gürcüstanın adı hallanır, hesab edirəm ki, Azərbaycanla əlaqələri soyuyacaq. Azərbaycan bu hərəkəti cavabsız qoymayacaq. Əgər regionda yenidən müharibə mühiti yaranacaqsa, bunda Gürcüstan da cavabdeh olacaq ki, bu da ona ucuz başa gəlməyəcək.

Təbii ki, Ermənistan bu silahları anbara yığmaq üçün almır. Ermənistan silahlardan istifadə etmək fikrində olmaya bilər, amma bu silahların onun kimi qeyri-adekvat bir ölkənin əlində olması hər zaman təhlükə deməkdir. İndi olmasa belə gələcəkdə işlədilmə ehtimalı hər zaman böyükdür. Həm də Azərbaycan indi bu məsələyə ciddi reaksiya göstərməsə, Ermənistan və havadarları bundan ürəklənib bu silahlanmanı daha da yeni silahların verilməsi kimi artıracaq. Odur ki, elə bu məqamda Azərbaycanın Ermənistana ciddi zərbə vuracağı şübhə doğurmamalıdır. Bu, ölkə rəhbərinin və hərbi rəhbərliyin bəyanatlarında həmişə deyilib. Parisin Qafqazın qarışdırılması planını təkbaşına etməsi mümkün deyil. Burda Qərbin əlinin olduğu mütləqdir”.

//Gülnarə Abasova, Editor.az