“Azərbaycan bu məsələni də həll edərsə, onun qarşısında kimsə dayana bilməz”-ŞƏRHbackend

“Azərbaycan bu məsələni də həll edərsə, onun qarşısında kimsə dayana bilməz”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq təşkilatların öz tələb və qaydaları var. Bu tələblər ölkələrin mövqeyindən asılı olmayaraq həyata keçirilir. Müəyyən məqamlarda bu təşkilatların mövqeləri Azərbaycanın mövqeyi ilə eyni olsa da, müxtəlif zamanlarda ziddiyət təşkil edib. Azərbaycan bu ziddiyyətlərin kökündə müsəlman, türkçülük faktorları arayıbsa, həmin təşkilatlar Azərbaycanın müəyyən beynəlxalq standartlara uyğun gəlməyən daxili siyasətini əsas gətiriblər. Beynəlxalq təşkilatların Azərbaycan lehinə BMT, ATƏT, AŞ PA-da qərarlarını görüb, eyni zamanda, Azərbaycanda demokratiya, insan haqları kimi prinsiplərin pozulduğunu iddia edən qərarlarının da şahidi olmuşuq”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

Onun sözlərinə görə, Qərbin beynəlxalq təşkilatları hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərməyib:

“Amma bu lehinə fəaliyyətin hansı nəticələri olub? Bu əsas sual olaraq Azərbaycan ictimaiyyətini narahat edib.
Azərbaycan təbii ki, bu qərarları əsas götürüb öz torpaqlarını işğaldan azad edib, suverenliyini bərpa edib. Azərbaycan bu məqamdan sonra ona qarşı total hücumların artması faktını həmin təşkilatların ermənipərəstliyi, erməni lobbisinin fəaliyyəti, türkəfobiya ilə, həmin təşkilatlar isə Azərbaycanda insan haqlarının pozulması ilə əlaqələndirirlər.
Hesab edirəm ki, Azərbaycana olan total hücumların artmasının başlıca səbəbi region üzərində Azərbaycanın gücünün artması amili dayanır. Həmin təşkilatların idarəçisi olan ölkələrin regionda təşkilatlar üzərindən rolunun azalması faktoru dayanır. Cənubi Qafqaz regionunun gələcəyində söz sahibi olmağa çalışan bu ölkələr regional əməkdaşlığa təhdid yaratmaq bahasına yeni reallıqlar formalaşdırmaq istəyirlər. Bu istəkləri isə cəbhələşmə şəklində həyata keçirməyə çalışırlar. Ermənistanın silahlandırılması buna misaldır. Azərbaycan bu oyunlara artıq öyrəşib və hazırlıqlıdır. Onlara cavab verməyi də bacarır. Təbii ki, həmin təşkilatların insan haqları sahəsindəki tələblərində haqlı məqamlar vardır. Azərbaycan bu məsələni də həll edərsə, onun qarşısında kimsə dayana bilməz”.

//Gülnarə Abasova, Editor.az