Azərbaycan buna hər zaman hazırlıqlı olmalıdır: “Rusiya Qarabağ kartından istifadə etməklə…”backend

Azərbaycan buna hər zaman hazırlıqlı olmalıdır: “Rusiya Qarabağ kartından istifadə etməklə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Qarabağ kartından istifadə etməklə tərəflərdən birini tam dəstəkləyib, digərində isə ətrafına qarşı təklənmiş fikri formalaşdırmaqdır. Bu taktika özünü doğruldur. Özünü təklənmiş hiss edən tərəf daha çox qisasçılıq hissi ilə yaşayır və beləliklə də, regionda gərginlik gələcəyə ötürülür”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan bunu öz üzərində on illərlə hiss edib:

“Əlverişli tarixi şərait yetişəndə işini gördü və qisasını aldı. İndi isə eyni duruma Ermənistan düşüb. Onlar da özlərini təklənmiş hesab edirlər. Rusiya da qəti şəkildə Azərbaycanın maraqlarına sərf edən mövqedən çıxış edirmiş kimi görünür. Bunun bir oyun olduğu isə şübhəsizdir. Ermənilər hətta o qədər acizdirlər ki, “qondarma qurumdan və onun ordusundan” vaz keçməyi belə planlaşdırırlar”.

Siyasi analitik vurğulayıb ki, Rusiyanın günün birində tarixi şərait dəyişərsə, yenidən əvvəlki kimi Ermənistanın mövqeyindən çıxış etməyə başlamayacağına heç kim təminat verə bilməz:

“Azərbaycan buna hər zaman hazırlıqlı olmalıdır. Əlaqələrin yaxşılaşdırılması, sülh müqaviləsi kimi metodlar müvəqqəti xarakter daşıyır. Əvvəllər də bizim ermənilərlə üzdə heç bir problemimiz yox idi, amma sonrası məlumdur. Bu baxımdan da, biz hər vaxt Ermənistanı potensial düşmən gözündə görməliyik, şərait nə olursa-olsun. Rusiya üçün bu sülhü məhv etmək heç nədir. Bunun nəticəsi yenidən qanlı olacaqsa da…”.

//Gülnarə Abasova, Editor.az