“Azərbaycan bununla göstərdi ki, Rusiya sülhməramlı qüvvələrinə ehtiyac yoxdur”-ŞƏRHbackend

“Azərbaycan bununla göstərdi ki, Rusiya sülhməramlı qüvvələrinə ehtiyac yoxdur”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Azərbaycanın Xankəndidə de-yure nəzarətinin təmin olunmasına tam dəstək verdi. Həmçinin Laçın yolunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsunun qurulması ilə bir çox problemlərin həllində Azərbaycanın maraqlarını qəbul edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Vaşinqton görüşü öncəsi Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə ərazilərimizə ermənilərin giriş- çıxışının normal təmin edilməsi məhz Azərbaycanın sülh prosesinə verdiyi töhfələrdəndir:

“Artıq Vaşinqton da Rusiya sülhməramlı qüvvələri olmadan Azərbaycanın ermənilərlə normal dialoqa girə bildiyinin fərqindədir. Azərbaycan bununla göstərdi ki, Rusiya sülhməramlı qüvvələrinə ehtiyac yoxdur. Rəsmi Bakı ermənilərlə təhlükəsiz şəkildə işlək mexanizminə malikdir”.

//Gülnarə Abasova, Editor.az