Azərbaycan çempionatında qızların sillə-təpik davasıbackend

Azərbaycan çempionatında qızların sillə-təpik davası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionatında xoşagəlməz hadisə yaşanıb.

Editor.az İdman.Biz-ə istinadən bildirir ki, AFFA U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK oyununun sonlarında meydanda aləm qarışıb.

Yarımfinal matçının 83-cü dəqiqəsində Bakı klubunun oyunçusu Səma Əsədova 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. İki dəqiqə sonra ara qarışıb.

“Neftçi”nin futbolçusu Aida Oksina rəqib oyunçunu şillə ilə vurub. “Dinamo”nun üzvü Nuray Cabbarovanın cavabı rəqibi təpiklə vurması olub.

Futbolçuların üçü də qırmızı vərəqə alıb. AFFA-nın İntizam Komitəsi Səmanı 1, sillə-təpik atanları 4 matçlıq diskvalifikasiya edib.

Balakən təmsilçisi matç zamanı qeydiyyatda olan futbolçunun yerinə başqa futbolçunu oynatdığına görə 0:3 hesablı texniki məğlubiyyət alıb. “Neftçi”yə isə məşqçisi Kəmalə İbadullayevanın rəsmi şəxs kimi adının protokolda olmadığı halda texniki zonada yer aldığına görə xəbərdarlıq edilib.