“Azərbaycan cinayətkarlığa qarşı mübarizədə dünyada ən öndə gedən ölkələr sırasındadır”- Millət vəkilibackend

“Azərbaycan cinayətkarlığa qarşı mübarizədə dünyada ən öndə gedən ölkələr sırasındadır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cinayət hadisələri hər bir ölkədə baş verir. Bununla yanaşı Azərbaycan cinayətkarlığa qarşı mübarizədə dünyada ən öndə gedən ölkələr sırasındadır. Ona görə də Azərbaycan təhlükəsiz ölkə hesab olunur”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin depuatı Azər Badamov deyib.

Onun sözlərinə görə, son günlər baş verən odlu silahla törədilən cinayət hadisələrin üstünün dərhal açılması ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisinin fədakarcasına mübarizə apardığının göstəricisidir:

“Polisimiz silahlıdan qorxub gizlənmir. Əksinə öz canını belə əsirgəməyərək silahlının, cinayətkarın zərərsizləşdirilməsi üçün çalışır. Həlak olan polis əməkdaşlarına Allah rəhmət eləsin. Bundan sonra da cinayətkarlığa qarşı mübarizə çox ciddi şəkildə davam etdiriləcək, ictimaiyyət üçün təhlükəli cinayətkarların operativ müəyyən edilməsi və yaxalanması istiqamətində davamlı tədbirlər aparılacaq. Ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunması hüquq mühafizə orqanlarının qarşısında dayanan əsas məsələdir və hesab edirəm ki, müvafiq dövlət orqanları bu işin öhdəsiindən layiqincə gəlirlər”.

//Gülnarə Abasova, Editor.az