“Azərbaycan Dəmir Yolları”nda 2,2 milyard YIĞILMIŞ ZƏRƏRbackend

“Azərbaycan Dəmir Yolları”nda 2,2 milyard YIĞILMIŞ ZƏRƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC 2020-ci il dekabrın 31-nə maliyyə hesabatını açıqlayıb.

“Ölkə.Az”ın məlumatına görə, qurumun sözügedən dövrə cəmi aktivləri 5 145, 529 mln manat olub. Bu isə illik müqayisədə 5,9% çoxdur.

QSC-nin cəmi öhdəlikləri isə 2019-cu ilin sonu ilə müqayisədə 0,6% artaraq 2 995,632 mln manata çatıb.

Dövlət şirkətinin cəmi kapitalı illik müqayisədə 14,5% artaraq ötən ilin sonuna 2 149,897 mln manat olub. Belə ki, ötən il ərzində qurumun nizamnamə kapitalı 100 mln manat artırılaarq 906,062 mln manata, dövlət investisiyaları 652,976 mln amnat və ya 23.4% artaraq 3 445,800 mln manata çatdırılıb. 2019-cu ildə məcmu məzənnə fərqindən 10,252 mln manat zərərdə olan QSC ötən ilin sonunda 25,867 mln gəlir əldə edib.

Digər ehtiyatları 16,026 mln manat zərərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin cəmi yığılmış zərəri 1 il ərzində 30,4% artaraq 2 212,434 mln manata çatıb.