“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı yanıb – FOTO – YENİLƏNİBbackend

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı yanıb – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi Şəmkirdəki yanğınla bağlı məlumat yayıb

Nazirlikdən APA-ya verilən məlumata görə, rayonunun Dəllər qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb.

Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

***

06:20

Şəmkirdə yanğın olub.

APA -nın yerli bürosunum məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsindəki eyniadlı stansiyasında qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Səngəçal stansiyasına məxsus vaqonda anidən yanğın başlayıb.

Ərzaiyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın şəxsi heyət tərəfindən dərhal söndürülüb, vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin səbəbi məlum deyil.