Azərbaycan Diplomatiya Mərkəzi”nin şəhərin mərkəzində yerləşən ofisinin eyvanından dalğalanan Azərbaycan bayrağlarının üzərində olan çirk və “quş nəcisi” şəhər sakinlərinin qəzəbinə səbəb olub.
Qeyd edək ki, mərkəzin rəhbəri Fərid Muradoğludur (Məmmədov). Onun rəhbəri olduğu mərkəz haqqında tez-tez mətbuatda “Sosial layihə adı altında aztəminatlı tələbələrə qarşı dələduzluq edilir? – Azərbaycan Diplomatiya Mərkəzi ilə bağlı QALMAQAL” adlı və ya oxşar xəbərlər dərc olunur.
Azərbaycan Diplomatiya Mərkəzinin rəhbəri Fərid Məmmədovun (Muradoğlu) təmsil etdiyi qurum bir neçə dəfə təkrar olmaqla başqa təşkilatların adından istifadə edərək təbliğat aparmağa davam edib.
Qeyd edək ki, Azərbaycan Diplomatiya Mərkəzi artıq bir neçə dəfədir ki, reallığı əks etdirməyən tərəfdaşlıqla bağlı paylaşımlar edib. Məlumata əsasən, məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
Interpress.az

