“Azərbaycan dövləti radikallara şans vermədi” – Siyasi şərhçibackend

“Azərbaycan dövləti radikallara şans vermədi” – Siyasi şərhçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Məsələni Yenisabah.az-a dəyərləndirən siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət bunu dövlətin humanizm nümunəsi kimi qiymətləndirib:

“Ümumiyyətlə mən düşünürəm ki, Tofiq Yaqublu ilə bağlı yaradılmış ajiotaj gərəksiz idi. Çünki Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri belə məsələyə münasibət bildirib demişdilər ki, məhkəmə sistemi işləyir və ona qarşı ədalətsizlik edilibsə, növbəti məhkəmə mərhələsində o ədalətsizlik aradan qaldırılacaq. Yəni bu dövlətin nəzarətində olan məsələ idi. Üstəlik, ictimai rəy həmin adamın üzərində kökləndiyinə görə təbiidir ki, dövlət bu məsələyə fövqəladə nəzarət və diqqət göstərirdi. Humanizm meylləri əlbəttə ki, əvvəlcədən var idi, biz bunu gözləyirdik. Şəxsən mən  düşünürdüm ki, Azərbaycan dövlətinin ən yüksək səviyyədə iradəsi T.Yaqublunun azadlığa buraxılmasından yanadır. Bu gün məhkəmə həqiqətən də bunu etdi və Yaqublu artıq azadlıqdadır. Sadəcə onun üzərindən qara kampaniya aparmaq istəyənlərin, Azərbaycanı qaralayıb, gözdən salmaq istəyənlərin əli yanına düşmüş oldu. Çünki o adamlar düşünürdü ki, Azərbaycan Məhkəməsi T.Yaqublunu həbsdə saxlayacaq və bu adamlar da 4 il 3 ay müddətində onun üzərindən kampaniya aparıb, qrant alacaqlar, çörək qazanacaqlar və s. Amma Azərbaycan dövləti həmin radikal adamlara bu şansı vermədi, ədalət qalib gəldi və dövlətin humanizmi bir daha özünü göstərdi”.