Azərbaycan elektrik enerjisinin istehsalını 3 % artırıbbackend

Azərbaycan elektrik enerjisinin istehsalını 3 % artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin I yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çox – 13 907,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

“6 ayda İstilik Elektrik Stansiyaları (İES) üzrə 12 826,1 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 081,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub”, – deyə nazir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə elektrik enerjisinin ixrac həcmi 1 265,2 milyon kilovat-saat, idxal həcmi isə 137,5 milyon kilovat-saat olub.