“Tarix boyu Rusiya və İran eyni anda bir çox dövrlərdə Azərbaycan əleyhinə fəaliyyət göstərib. Təəssüflər olsun ki, ölkəmizin hər iki ölkəyə qarşı dürüst, səmimi mövqeyinə rəğmən onlar öz siyasi təkəbbürlərindən irəli gələrək Azərbaycanın real qiymətini heç bir zaman doğru dəyərləndirməyiblər”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Onun sözlərinə görə, həm Rusiya, həm də İrandan Azərbaycana qarşı müxtəlif informasiya təxribatları, eyni zamanda, dezinformasiya hücumları davam edir:
“Sanki Türkmənçay müqaviləsindən bu yana ilk dəfədir ki, Rusiya və İran birləşərək Azərbaycanı hədəf halına gətirməyə çalışırlar. Ölkəmizin mövqelərinin güclənməsi bu gün qlobal siyasətdə önəmli aktor halına gəlməsi, Azərbaycan reallığının dünya siyasətində aparıcı rolu təkcə regionla bağlı deyil, həm də qlobal siyasi münasibətlər sistemində vacib söz sahibi olması bəlli dünya güclərini narahat edir. Buna görə də İran və Rusiya birləşərək Azərbaycan əleyhinə kampaniya aparırlar. Bunlar boş addımlardır. Moskva və Tehranın nə etməsindən aslı olmayaraq Azərbaycanın öz siyasi yolu, çəki, vizyonu var. Ölkəmiz hansısa təzyiqlərlə qərarlarından dəyişiklik edəcək durumda deyil”.
//Gülnarə Abasova, Editor.az