“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradıldıbackend

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

“Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fondun nizamnamə fondu 4 157 866 manatdır.

Eyni zamanda, dövlət başçısının sərəncamı ilə, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri.