Kişinyovda Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərinin böyük görüşü əvvəl elan edildiyi kimi iyunun 1-də deyil, mayın 31-də keçiriləcək.
Editor.az bildirir ki, bu barədə Aİ diplomatı məlumat verib. O, qeyd edib ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş sabah olacaq. Görüşdə prezident Makron, kansler Şolz, Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək. Bu, bizim üçün böyük bir işdir, biz bunu ciddi şəkildə hazırlayırıq”, – o deyib. Danışıqlar Avropa siyasi sammiti çərçivəsində baş tutacaq.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, sülhün imzalanması yolunda heç bir maneə qalmayıb və bu yaxınlarda Moskvada keçirilən üçtərəfli danışıqları konstruktiv adlandırıb. Ermənistanın baş nazirinin sözlərinə görə, Moskvada keçirilən görüş qənaətbəxş olmayıb və yaxın vaxtlarda sülh müqaviləsi imzalanmayacaq.
Baş nazir bildirib ki, sənəd razılaşdırılmayıb, ona görə də Kişinyovda Bakı və Yerevan arasında Avropa danışıqlarının yeddinci raundu çərçivəsində imzalanma olmayacaq.
//Samir Qurbanov,Editor.az

