Azərbaycan-Ermənistan münasibətlərində növbəti mərhələ: BİZİ NƏLƏR GÖZLƏYİR?backend

Azərbaycan-Ermənistan münasibətlərində növbəti mərhələ: BİZİ NƏLƏR GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda baş tutan son görüş, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh prosesinin əsas konturlarını daha da aydınlaşdırıb. Regional kommunikasiyaların açılması, sərhədlərin dəqiq müəyyənləşdirilməsi və diplomatik münasibətlərin bərpası istiqamətində nəzərdə tutulan addımlar qarşılıqlı etimadın formalaşmasına xidmət edəcək. Bu prosesin uğurla başa çatması isə yalnız yekun sülh sazişinin imzalanması ilə mümkün görünür.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib ki, Vaşinqton görüşündən sonra tərəflər arasında dialoqun davam etdirilməsi gözlənilən idi:

“Bu, həmin görüşdə razılaşdırılan əsas məqamlardan biridir. Sülh müqaviləsinin mətnində də göstərilir ki, sənəd imzalandıqdan sonra tərəflər danışıqları davam etdirəcək, həm kommunikasiyaların açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində proses irəliləyəcək.

Bununla yanaşı, diplomatik əlaqələrin qurulması üzrə danışıqlar aparılacaq və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılacaq. Bu proseslərin həyata keçməsi üçün isə ilk növbədə yekun sülh müqaviləsinin imzalanması vacibdir. Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi və Zəngəzur dəhlizinin açılması da bu çərçivədə önəmli şərtlərdir.

Paralel olaraq, tərəflər arasında etimad mühitinin yaradılması üçün addımlar atılmalı, gələcəkdə diplomatik münasibətlərin bərpası və səfirlik və ya konsulluqların qarşılıqlı şəkildə fəaliyyətə başlaması mümkün olmalıdır”.

//Gülnarə Abasova, Editor.az