Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyaya sərf edir, yoxsa…?- ŞƏRHbackend

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyaya sərf edir, yoxsa…?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya həmişə öz kurasiyasında olan regionda mövcud problemlərin dondurulmasında maraqlı olub. Hazırda isə artıq yavaş-yavaş Cənubi Qafqaz Rusiyanın kurasiyasından çıxır. Belə ki, Ermənistan da artıq onun maraqlarına cavab vermir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Ə. Məmmədli Moskvanın artıq əvvəlki kimi güclü olmadığını iddia edir. Onun sözlərinə görə, Ukrayna müharibəsindən öncə mövcud olan “rus ordusu” imici indi ciddi zərbə altındadır:

“Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsi və müharibənin başlanması Rusiyanın maraqlarına cavab vermir. Çünki belə olduqda Moskvanın cənub sərhədlərindəki vəziyyətə də başı qarışacaq. Digər tərəfdən isə bu hal onun maraqlarına cavab verə bilər. Bu gün bütün dünyanın diqqəti Ukrayna böhranındadır. Qərbin oraha silah, texnika dəstəyi davam edir. Əgər Cənubi Qafqazda müharibə baş verərsə, mövcud vəziyyətdə dünyanın diqqəti bir qədər yayınacaq və rəsmi Moskvaya nəfəs almaq şəraiti yaranacaq. Ancaq bizim üçün Rusiyanın yox, rəsmi Bakının maraqları ön planda olmalıdır. Ölkəmizin maraqlarına uyğun addımlar atılmalıdır. Düşünürəm ki, vəziyyət belə sakit qalmamalıdır, çünki bu növbəti status-kvonu yaradır. Yəni, ermənilərə sərf edir. Ərazilərimizdə erməni hərbi birləşmələri, saxta bayraqları, “prezidentləri”, “nazirləri”nin sayı arta bilər. Prezident İlham Əliyev də bu barədə qeyd etmişdi ki, özünü nazir, prezident adlandıran təlxəklər yığını var. Həmin təlxəklər yığını Rusiyanın müdafiəsi ilə qalırlar. Onlar silahlanıb daha da çoxalırlar. 10 min qanunsuz silahlı qüvvədən söhbət gedir. Bu vəziyyət dondurularsa, həmin say 2-3 qat artmış olacaq. Ona görə də Paşinyanın sülh müqaviləsinin imzalanması haqqında müsbət fikirlərinə inanmaq olmaz. Ermənilər hiyləgərdirlər, bu, onların genlərində var”.

//Gülnarə Abasova, Editor.az