Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiya vasitəçiliyi yenidən ələ almağa çalışır?-AÇIQLAMAbackend

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiya vasitəçiliyi yenidən ələ almağa çalışır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mariya Zaxarovanın bu açıqlaması ona dəlalət edir ki, Rusiya siyasi elitasında Cənubi Qafqazdakı proseslərlə bağlı müəyyən təlaş mövcuddur. Bu təlaşın da əsas səbəbi odur ki, artıq son bir neçə ayda rəsmi Moskva Cənubi Qafqazdakı proseslərin açarı hesab olunan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesində ikinci dərəcəli iştirakçıya çevrilib”.

Bu fikirləri Editor.az-a politoloq Sultan Zahidov Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova həftəlik brifinq zamanı Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev yaxın zamanda Cənubi Qafqaz regionuna səfər edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, prosesdə həm Vaşinqtonun, həm də Brüsselin fəallığı göz önündədir: ”

“İyul ayında yenidən Brüsseldə görüşün baş tutması gözlənilir. Rusiya isə bundan narahatdır. Lakin tərəflər də rəsmi Moskvanın vasitəçiliyindən razı deyil. Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə rəsmi Moskvanın irəli sürdüyü təkliflər planı Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Həmin təkliflər planına əsasən Rusiya Qarabağda sülhməramlıların mandatını uzatmaq istəyir. Rəsmi Bakı heç vaxt buna razılıq verməz. Çünki ortada yalnız bir həqiqət var. O da Qarabağ Azərbaycandır!
Ərazilərimizdə baş verən hadisələr də Azərbaycanın daxili işidir. Kənar müdaxiləyə, beynəlxalq mexanizmə ehtiyac yoxdur. Rusiyanın həmin şərtləri Azərbaycanın maraqlarına uyğun olmadığı üçün Vaşinqton və Brüssel formatlarına üz tutub”.

Politoloq Rusiya və Azərbaycanın ortaq maraqlarına da diqqət çəkib:

“Azərbaycan və Naxçıvan arasında eləcə də Türkiyəyə Ermənistan üzərindən nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində Azərbaycan və Rusiyanın maraqları üst-üstə düşür. Elə bu səbəbdən rəsmi Bakı Moskva görüşünü qəbul etmişdi. Rusiya isə ABŞ və Aİ-nin Cənubi Qafqazda nüfuz sahibi olmasından narazıdır. Başa düşür ki, həmin qüvvələr Azərbaycanın enerji-tranzit potensialından istifadə edərək Rusiyadan enerji aslılıqlarını azaltmağa çalışırlar. Son zamanlar Rusiya ilə Türkiyə arasında da gərginliyin şahidi oluruq.Türkiyə bir neçə gün öncə “Azov” rəhbərlərini Ukraynaya təhvil  verməsi, NATO sammitində Türkiyənin İsveçin üzvlüyünə yaşıl işıq yandırması da rəsmi Moskvanın qəzəbinə səbəb olub. Hətta Rusiyanın Türkiyəyə qarşı müəyyən addımlar atması istəyinin olması da istisna deyil. Ümumiyyətlə Türkiyə-Azərbaycan birliyi tarix boyu Rusiya üçün təhdid olub”.

//Safura Bənnayeva, Editor.az