Azərbaycan-Ermənistan sərhəd məsələsində Moskvanın moderatorluğu vacibdir?-Açıqlamabackend

Azərbaycan-Ermənistan sərhəd məsələsində Moskvanın moderatorluğu vacibdir?-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Moskvaya yaxın ölkələr arasında sülh yolu ilə nizamlanmanın tərəfdarıdır. Putin tərəfləri təmkinli olmağa çağırıb.

Bu barədə Rusiya prezidenti Vladimir Putin xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı delimitasiya və demarkasiya məsələləri rəsmi Moskvanın vasitəçiliyi ilə reallaşa bilər.

Putinin bu çıxışı nədən xəbər verir? 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya komitəsi və bu proses Moskvanın moderatorluğu ilə həyata keçirilir:

“Putin bununla da çalışır ki, Azərbaycan Ermənistan məsələsində sülh vasitəçiliyini həyata keçirsin. Buna da demarkasiya və delimitasiyadan başlamaq istəyir. Putin bu addımı ilə göstərmək istəyir ki, bütün xəritələr Moskvadadır. Bu istiqamətdə tərəflərə nüfuz edə bilər. Rusiya bununla digər vasitəçilərə də mesaj verir ki, ancaq Moskvanın məsləhəti ilə bu danışıqlar gedə bilər. Təkcə Moskva deyil, burada Brüssel formatı da var. Brüssel formatı üzrə tərəflər razılaşmışdı. Hesab edirəm ki, bu istiqamətdə müsbət nəticələr əldə etmək üçün tərəflər lazımı addımlar atmalıdır. Eyni zamanda, bu Ermənistan siyasi iradəsindən asılıdır. Yəni Brüssel formatı da burada əsas rol oynayır. Onu da qeyd edim ki, burada nə Moskvanın, nə də Brüsselin məsləhətinə ehtiyac var. Xəritələr Azərbaycanda var. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan haqlı tərəfdir. Ermənistan və Azərbaycan arasındakı danışıqlarda delimitasiya və demarkasiya məsələləri həll edilə bilər. Burada təkcə Rusiyanın vasitəçiliyindən söhbət gedə bilməz”.
 
//Safura Bənnayeva, Editor.az