Azərbaycan-Ermənistan sərhədinə niyə ekspert qrupu göndərilir?- Politoloq DETALLARI AÇIQLADIbackend

Azərbaycan-Ermənistan sərhədinə niyə ekspert qrupu göndərilir?- Politoloq DETALLARI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın bir müstəmləkə dövləti olduğunu hər kəsin bilməsi lazımdır .İkinci Dünya müharibəsində faşist Almaniyası ilə əməkdaşlıq etməsinə baxmayaraq sonradan general Şarl de Qollun siyasəti sayəsində qalib dövlətlər sırasına qoşuldu və dünyanın müxtəlif bölgələrində-Şimali və Mərkəzi Afrikada, Yaxın Şərqdə, eləcə də Latın Amerikasında yeni-yeni müstəmləkələr qazandı. Bu dövlət 30 illik ATƏT-in Minsk qurupunun həmsədri kimi Cənubi Qafqazı Fransanın təsir zonasına daxil etmək, status-kvonu qoruyub saxlamaq, eyni zamanda münaqişənin bitməməsi üçün çalışdı. Lakin 44 günlük dəstansal savaşla bütün dəngələri dəyişdirən Azərbaycan regionda yeni reallıqların yaranmasını elan etdi və hər kəsi bu reallıqlarla hesablaşmağa,barışmağa çağırdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, bəzi dövlətlər ATƏT-in Minsk qrupunun bir daha dirilməyəceyini bildiyindən Avropa İttifaqı və Brüssel formatı üzərindən sülh prossesinə müdaxilə etmək istəyirlər:

“Təbii ki, Azərbaycan üzərindən oyun qurmaq mümkün olmadığından bunu hazırda dərin böhran və qarışıqlıq içində olan Ermənistan vasitəsilə həyata keçirirlər.Təsadüfi deyil ki, Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik ekspert qrupu da məhz Ermənistan baş naziri Nikol Paşinyanın razılığı və dəvəti sayəsində baş tutub. Son vaxtlar İran rəsmilərinin Ermənistanla bağlı verdiyi bəyanatlar, keçirilən hərbi təlimlər, Rusiya-Ermənistan arasında tam bir etimadsızlıq mühitinin hakim olması belə qənaət yaradır ki, Ermənistan Fransa-Rusiya-İran arasında bir poliqona çevrilə bilər.İranın Ermənistan cəmiyyətinə verə biləcəyi heç bir dəyəri olmadığını, Fransanın regiondan çox uzaq olduğunu və Rusiyanın da Ukraynada bir bataqlığa düşdüyünü nəzərə alsaq, Ermənistana bir yol qalır: Azərbaycanın ərazi bütövlüyünü tanımaq və Zəngəzurdan koridor vermək şərtiyə sülh müqaviləsini imzalamaq, paralel olaraq Türkiyə ilə münasibətləri normallaşdırmaq…”

//Gülnarə Abasova, Editor.az