Bu gün Priştinada (Kosovo) 16 yaşadək gənclər arasında basketbol üzrə Avropa çempionatının “C” divizionunun ikinci turunda Azərbaycan və Ermənistan basketbolçuları qarşı-qarşıya gəliblər.
Editor.az xəbər verir ki, oyunun ilk hissəsində Azərbaycan basketbolçularının cüzi üstünlüyü olsa da, oyunun yekun hesabı sarsıdıcı olub: 92:58 Azərbaycanın xeyrinə! Görüşdə 34:18 və 23:10 hesabı ilə başa çatan üçüncü və dördüncü hissələr həlledici olub.
Qeyd edək ki, iyulun 23-də Azərbaycan gəncləri Albaniya millisi ilə, iyulun 24-də isə San-Marinolu həmyaşıdları ilə üz-üzə gələcəklər.
//Samir Qurbanov, Editor.az

