Azərbaycan ərzaq böhranından ƏZİYYƏT ÇƏKMƏYƏCƏK: “Çünki dövlətin kifayət qədər pulu var”backend

Azərbaycan ərzaq böhranından ƏZİYYƏT ÇƏKMƏYƏCƏK: “Çünki dövlətin kifayət qədər pulu var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Azərbaycanda bu qədər təbii ehtiyatlar , kənd təsərrüfatının inkişafı, ərzaq məhsullarının istehsalı üçün şərait olduğu halda biz idxaldan asılı dövlətik”.

Bunu Editor.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdən dərs çıxardıb həmin sahələri inkişaf etdirməliyik:

“ İnkişaf etdirməyin də yalnız bir yolu var. Ölkədə normal investisiya mühiti, Qanunvericiliyin aliliyi, məhkəmə-hüquq sisteminin normal durumu. Hal-hazırda bütün dünyada ərzaq bazarında xüsusilə də qış ayları üçün dərin böhran gözlənilir. Amma Azərbaycan höküməti bu istiqamətdə lazımı tədbirləri görür. İndidən bununla bağlı əsas müqavilələr bağlanıb . Xeyli ölkədən fərqli olan üstünlüyümüz ondan ibarətdir ki, ölkəyə uyğun valyuta ehtiyatı var və  artır. Ona görə ki, dünyada bu gün yalnız ərzağın deyil, neftin də qiyməti artır. Biz də dünyaya neft-qaz satan ölkə kimi valyuta ehtiyatlarımız da yüksəlir. Böhran o deməkdir ki, hansısa məhsuldan kifayət qədər yoxdur. Bu halda kim çox pul verirsə, ona qismət olur. Bizim də kifayət qədər pulumuz var. Həm də ölkəmiz çox da böyük deyil, əhalimiz 10 milyondur. Bu baxımdan bizim üçün bu elə də böyük problem olmayacaq. Biz onu nəzərə almalıyıq ki, neft-qaz Azərbaycanda həmişə olmayacaq. Gələcəkdə bu məsələlər bizim üçün də ciddi problem ola bilər. Özümüz bu məsələdə idxaldan asılı olmamalıyıq”.

//Safura Bənnayeva, Editor.az