Azərbaycan ərzaq qıtlığı yaşayacaq?- AÇIQLAMA  backend

Azərbaycan ərzaq qıtlığı yaşayacaq?- AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ölkələri qiymət artımı, qıtlıq, aclıq problemləri ilə üz-üzədir. Rusiya-Ukrayna müharibəsi səbəbilə sanksiyaların tətbiq edilməsi xarici ölkələrdən ərzaq, enerji cəhətdən asılı olan dövlətlərə də mənfi təsirini göstərir. Azərbaycanda da qiymət artımı müşahidə edilir. Belə ki, əhalinin gündəlik təlabatı olan məhsullar əvvəlki qiymətlərindən baha satılır.
İqtisadiyyatı, maliyyə vəziyyəti aşağı olan ölkələr bu artımın qarşısında tab gətirə bilmir və nəticədə aclıq həddinə çatırlar.

Bu bahalaşma Azərbaycana necə təsir edəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələlər heç vaxt Azərbaycan üçün təhlükəli ola bilməz:

“Əsas hədəf maddi gəliri aşağı olan ölkələrdir. Azərbaycanın neft və qazdan kifayət qədər gəliri var. Valyuta ehtiyatımız çoxdur. Dünyada gedən qiymət artımı bizə də təsir edir. Bu ondan qaynaqlanır ki, qıtlıq yaranıb. Qıtlıqda hamı öz məhsulunu baha satmağa çalışır. Kimin pulu varsa, həmin məhsulu alır, pulu olmayan isə ala bilmir. Bizim pulumuz kifayət qədərdir. Amma bizdə də böyük qiymət artımı ola bilər. Bu ifrat dərəcəyə çatmayacaq. Çünki Azərbaycanın valyuta ehtiyatı kifayət qədərdir”.

//Safura Bənnayeva, Editor.az