Azərbaycan əsgərinə silah açan şəxs vətəndaşlığımızı ala bilərmi?- AÇIQLAMAbackend

Azərbaycan əsgərinə silah açan şəxs vətəndaşlığımızı ala bilərmi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər erməni əsilli şəxslərin Azərbaycan vətəndaşlığı istəmələri ilə bağlı müraciətlərin olunduğunu yazılır. Təbii ki, bunun həm yaxşı, həm də hiyləli ssenari olduğunu hesab edirəm. Yaxşı ssenari ona görə ki ermənilərin ağılları başlarına gəlir və anlayırlar ki, Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaqlarından başqa yolları yoxdur. 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatda da birgə yaşayışın təmin edilməsi nəzərdə tutulmuşdur. Bu bəyanata əsasən azərbaycanlılar da Xankəndinə və ermənilərin yaşadıqları digər ərazilərdə öz yurdlarına qayıtmalı və ermənilərlə birgə yaşamalıdır. Gələcək bunun üstündə qurulmalı və regiona dayanıqlı sülh gəlməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Millət vəkili bildirib ki, ermənilərin müraciətlərində hiylə ola bilər və cavabsız qoymağımız onlara azərbaycanlılarla birgə yaşayışın mümkün olmayacağı ifadəsinin işlədilməsinə imkan yaratmış olarıq :

” Müraciət etmiş  hər erməniyə vətəndaşlığımızı alıb yaşamağına da icazə vermək olmaz.  Ona görə də hesab edirəm ki, ermənilərin belə müraciətlərinə rəsmən cavab olaraq 1991-ci ilə qədər Qarabağda yaşamış ermənilərin vətəndaşlığımızı alaraq yaşamaqlarına icazə verəcəyimizi bəyan etməliyik. Hətta ermənilərin əvvəl yaşadıqları və azad etdiyimiz bir kəndin adını da qeyd etməliyik və deməliyik ki, kim Azərbaycan vətəndaşlığını alıb yaşamaq istəyirsə, buyurun gəlin və onların təhlükəsizliyinə zəmanət veririk.  Belə bir rəsmi bəyanatımız olarsa hesab edirəm ki, Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrdə məskunlaşıb qalmış ermənilərin əksəriyyəti müraciət etməyə başlayacaqlar. Əgər belə müraciətlər kütləviləşərsə, separatçılar çıxılmaz vəziyyətə düşərlər və özləri ərazilərimizi tərk edib rədd olacaqlar. Həm də beynəlxalq ictimaiyyət də  Azərbaycanın humanistliyini bir daha görəcəkdir. Burda sual oluna bilər ki, cinayət törədənlər Azərbaycan əsgərinə silah açan şəxslər necə vətəndaşlıq ala bilərmi?  Dünya təcrübəsində bütün müharibələr masa arxasında imzalanmış sazişlərlə başa çatır. Hərbi cinayətlər törədilmiş şəxslərə qarşı da beynəlxalq tribunallarda iddialar qaldırılaraq cəzalandırılır. Məsələn,   50 milyondan çox insanın canını almış İkinci Dünya Müharibəsində də belə olmuşdur. Müharibə bitəndən sonra Nürnberqdə Beynəlxalq Tribunal çağırıldı və o vaxt faşist Almaniyasının rəhbərliyində dayanaraq əmir verən şəxslər cəzalandırıldı. Amma müharibədə iştirak etmiş sadə almanlara qarşı heç bir cinayət təqibi olunmadı. Bu gün isə Almaniya Avropanın ən inkişaf etmiş ölkəsidir və müharibə vaxtı yaxınlarını qətlə yetirilmiş və ya da itirmiş  insanların da ən çox  yaşamaq istədikləri məkandır. Yəni münaqişə bitəndə o səhifə bağlanılır və xalqların, ölkələrin sülh içində birgə yaşayışını təmin edən yeni səhifə açılır.  Biz də Xankəndi və onun ətrafı rayonlarda hakimiyyətimizi və dövlət quruluşunu bərpa etdikdən sonra  separatçılara rəhbərlik edənləri beynəlxalq məhkəmədə və ya da öz qanunlarımıza uyğun məhkəmədə cəzalandıracağıq. Amma əvvəllər Azərbaycanda yaşamış ermənilərə isə amnistiya verməliyik və onları filtirasiya edilərək vətəndaşlığımızı qəbul edib yaşamaqlarına imkan yaratmalıyıq”.

//Gülnarə Abasova, Editor.az