Azərbaycan əsilli Rusiya vətəndaşı Türkiyədə zəlzələdə həlak olubbackend

Azərbaycan əsilli Rusiya vətəndaşı Türkiyədə zəlzələdə həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı, əslən azərbaycanlı olan Rusiya vətəndaşı Hatayada baş verən zəlzələdə həyatının itirib.

Editor.az APA-ya istinadən bildirir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə həyatını itirib. Faktı Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fiqurət Qafarov təsdiqləyib.

Rusiya vətəndaşı olan Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində iş adamı olub. Ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olan E.Əliyev zəlzələnin qurbanı olub. Onun cənazəsinin doğulduğu Salyan rayonuna gətirilməsi istiqamətində işlər aparılır.

Allah rəhmət eləsin!