Azərbaycan Fransanın düşmənçiliyinə seyrçi qalmaq fikrində deyil: “Nəticələri ağır olacaq”backend

Azərbaycan Fransanın düşmənçiliyinə seyrçi qalmaq fikrində deyil: “Nəticələri ağır olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, BMT TŞ-na sədrlik Ekvadordan Fransaya keçib. Bu, rotasiya xarakterli bir rəhbərlikdir. Fransa da zamanı gəldikdə sədrliyini başqa bir dövlətə ötürəcək. Amma  Fransa sədrliyi dövründə BMT TŞ-da Azərbaycana qarşı öz çirkin niyyətini ifadə edəcəkmi? Bu, maraqlı və bir o qədər qaranlıqdır”.

Bu sözləri Editor.az-a  yanvarın 1-dən BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) sədrliyin Ekvadordan Fransaya keçməsi ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, BMT TŞ-nın sədri iclasları çağırır və iclasın gündəliyini şurada müzakirəyə təqdim edir:

“Qərarların qəbul olunmasında isə onun təsir gücü olmur. Belə ki, Fransa BMT TŞ-nın daimi üzvü kimi Azərbaycana qarşı dəfələrlə qərəzli məsələləri gündəliyə salaraq iclasda müzakirəyə çıxartmışdı. Amma Azərbaycanın dost ölkələri Fransaya öz çirkin niyyətlərini həyata keçirməyə imkan verməyib. Fransanın TŞ-ya sədrliyi dövründə  də belə hallar yenə təkrarlanacağı gözləniləndir. Çünki bu gün Fransanın açıq şəkildə qərəzli mövqedə olduğu bir nömrəli dövlət Azərbaycandır. Ona görə rəsmi Paris birtərəfli şəkildə Ermənistanı silahlandırır və yenidən müharibəyə sürükləyir. Avropa Parlamentində Milli Konqresində və Senatda Azərbaycana qarşı qərəzli dəyəri olmayan kağız parçaları qəbul edib.  Azərbaycan da sakit oturub Fransanın düşmənçiliyini seyr etmək fikrində deyil. Dövlətimiz də Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələri oyadır, Bakı Prosesi adı altında konfranslar həyata keçirir və əsarətdə əzilən xalqların öz azadlıqlarına qovuşmasına dəstəyini göstərir.  Fransa Afrika ölkələrindən qovulur və dənizaşırı ölkələr də öz azadlıqları üçün ayağa qalxmır. Təbii ki, bizə qarşı olan çirkin planlar  Fransaya çox baha başa gəlir. Ona görə də Fransa ölkəmizə qarşı qurduqları çirkin niyyətli planlarından əl çəkməli və Azərbaycana sataşmamalıdır. Əks halda onların özləri üçün nəticələr çox ağır olacaq”.

//Gülnarə Abasova, Editor.az