Azərbaycan gəncinə dövlət tərəfindən göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində mövcud deyilbackend

Azərbaycan gəncinə dövlət tərəfindən göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində mövcud deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri müsahibəsində “İslahatçı Gənclər” İctimai Birliyinin baş katibi Nəzərbəy Hacıağayev deyib.

Bildirib ki, ölkəmizdə uğurlu gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə xüsusi diqqət ayırıb. O inanırdı ki, Azərbaycanın gələcəyi ölkənin gənclərinin savadlanmasından asılıdır. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar”, – deyə N.Hacıağayev əlavə edib.

Vurğulayıb ki, gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını daha da stimullaşdırmaq məqsədilə Azərbaycan Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə imzaladığı mühüm fərmanlardan biri də ölkədə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi oldu. Bu gün biz ölkə başçısının ətrafında sıx birləşərək güclü Azərbaycanımızı daha da qüdrətli dövlətə çevirmək əzmindəyik. Azərbaycan gəncliyində ölkəmizin parlaq gələcəyini görmək mümkündür. Bu gün Azərbaycan gəncinin sorağı ən yüksək beynəlxalq tribunalardan gəlir. Gənclərimiz xaricdə ölkəmizi idman, elm, ümumiyyətlə, bütün sahələr üzrə layiqincə təmsil edirlər.

//AZƏRTAC