Azərbaycan gimnastı dünya çempionatında çıxış edib – FOTObackend

Azərbaycan gimnastı dünya çempionatında çıxış edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan gimnastı Mixail Malkin Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında çıxış edib.

Editor.az Trend-ə istinadən bildirir ki, tamblinq yarışlarında çıxış edən gimnast iki cəhdin yekununda 75.200 xal toplayıb.

Hazırda M.Malkin təsnifat mərhələsində üçüncü keçid yerində qərarlaşıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.