“Azərbaycan-Gürcüstan əməkdaşlığı ticarət əlaqələrinin genişlənməsinə xidmət edir”-ŞƏRHbackend

“Azərbaycan-Gürcüstan əməkdaşlığı ticarət əlaqələrinin genişlənməsinə xidmət edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Gürcüstan liderlərinin görüşündə Transxəzər nəqliyyat yolunun fəaliyyətinin genişləndirilməsi və Bakı-Tbilisi Qars dəmiryolunun ötürücülüyünün artırılması ilə bağlı müəyyən müzakirələr aparılıb”.

Bu sözləri Editor.az-a Azərbaycan-Gürcüstan münasibətləri ilə bağlı danışarkən analitik jurnalist Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Azərbaycandan Gürcüstana, oradan Qara dənizə və Avropaya, eynilə də tam əksinə Avropadan Asiyaya doğru hər hansı bir ticarət və digər nəqliyyat-enerji mübadiləsinin artırılması ilə bağlı hər iki ölkə başçısı görüş zamanı fikirlərini bölüşüb:

“Bu xətlərin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Təbii ki, Azərbaycanla Gürcüstanın yerləşdiyi ərazi olan Cənubi Qafqaz özünün strateji əhəmiyyətinə görə çox mühüm nöqtədə yerləşir. Bu baxımdan da bir çox Asiya və Avropa ölkələri bizimlə ticari əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlığın artırılması Azərbaycanla Gürcüstan üçün də olduqca sərfəlidir. Buna görə də Azərbaycan-Gürcüstan əlaqələrinin gücləndirilməsi bütövlükdə Avropa və Asiya ölkələri ilə ticarət əlaqələrinin genişlənməsinə xidmət edən vasitədir”.

//Səbinə Hüseynli, Editor.az