“Azərbaycan hakimiyyətinin siyasətinin mərkəzində hər zaman vətəndaş amili dayanıb”-Millət vəkilibackend

“Azərbaycan hakimiyyətinin siyasətinin mərkəzində hər zaman vətəndaş amili dayanıb”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə Gədəbəydə baş verənlər bütün hallarda müəyyən qurumların məsuliyyətsizliyindən irəli gəldi. Çünki vətəndaşların qeyd etdiklərinə görə, onlar dəfələrlə rəsmi şəkildə qurumlara yazılı və şifahi müraciətlər ediblər. Əgər vətəndaşların hər hansı sahədə kütləvi şəkildə narazılığı yaranıbsa yerli qurumlar da buna biganə yanaşaraq məsələsinin daha da böyüməsinə şərait yaratmamalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Azərbaycan hakimiyyətinin siyasətinin mərkəzində hər zaman vətəndaş amili dayanıb:

“Mən Cənab Prezidentin bu barədə 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə hadisə ilə bağlı səsləndirdiyi fikirlərə dayanaraq deyə bilərəm ki, dövlət hər zaman vətəndaşının yanındadır. Müəyyən qurumlar vətəndaşların narazılıqlarına aydınlıq gətirməli, vaxtında reaksiya verməliydi. Xüsusilə, Gədəbəy kimi iqtisadi cəhətdən mühüm olan bölgələrin ekoloji təmizliyinə diqqət yetirilməlidir. Hazırda ölkədə aqrar, qeyri-neft sektorunun inkişafı üçün ciddi tədbirlər görülür. Qərb regionu Azərbaycanın aqrar sahəsində çox mühüm mövqeyə malikdir. Bu səbəbdən yerli sakinlərin təbiətin mühafizəsinə qalxması da özü müsbət addımdır. Lakin bütün hallarda kiçik bir kənddə yaranan narazılığın ölkə səviyyəsinə qədər qaldırılması yerli qurumların vətəndaşlarla işləmə bacarığının zəif olduğunu göstərir. Ölkə başçısı İlham Əliyev Söyüdlü hadisələrinə görə bildirdiyi mövqedən bundan sonra da digər rəhbər şəxslər də nəticə çıxarmalı, tutduqları vəzifələrindən xalqla dövləti qarşı-qarşıya qoymaq üçün istifadə etməməlidir”.

//Gülnarə Abasova, Editor.az