“Azərbaycan heç bir halda öz prinsiplərindən əl çəkməyəcək”- ŞƏRHbackend

“Azərbaycan heç bir halda öz prinsiplərindən əl çəkməyəcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla sərhəddə və ya Ermənistan ərazisində Avropa İttifaqı missiyasının yerləşdirilməsinin əsas məqsədi guya Azərbaycan tərəfindən törədilə biləcək təxribatların monitorinqini aparmaqdan ibarət idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Ermənistan tərəfi əsassız bir şəkildə Azərbaycan təhlükəsini şişirdərək özünü yazıq günə qoyub bu missiyanı əvvəlcə kiçik həcmdə öz ərazisinə göndərdi və sonra onların sayını 200-ə qaldırdı:

“Bu missiyanın üzvlərinin sayının  getdikcə artırılaraq hərbi baza səviyyəsinə çatdırılması nəzərdə tutulurdu. Amma Azərbaycan və Rusiyanın etirazı Avropa İttifaqı rəhbərlərinə işi başa çatdırmağa imkan vermədi. Bu, heç də o demək deyil ki, Brüssel imkan düşdükcə öz planını həyata keçirtməyəcək. Məhz buna görə də Azərbaycan tərəfi Avropa ölkələrindən gələn kontingentin fəaliyyət dairəsinin genişləndirilməsinin əleyhinə çıxış edir. Azərbaycanın tələbi hətta bu missiyaya xitam verməkdən ibarətdir. Təbii ki, Azərbaycanın buna haqqı çatır. Çünki onun sərhədlərinə Ermənistan tərəfinin icazəsi ilə digər ölkələrin nümayəndələri tərəfindən nəzarət olunur. Məsələnin Azərbaycan tərəfindən bu şəkildə qaldırılması regionda artıq sabitliyin bərpa olunduğuna işarə edir və eyni zamanda, Bakı iki respublika arasında təhlükəsizliyin qarantı kimi çıxış etdiyinə sübutdur. Ermənistanın Azərbaycanın tələbinə cavabı hələ məlum deyil. Amma şübhəsiz ki, İrəvanın Avropa İttifaqı missiyasını ölkədən çıxarmaq sahəsində addım atacağını gözləmək düzgün deyil. Çünki bu, Ermənistan- Avropa İttifaqı münasibətlərinin sona çatması ilə nəticələnə bilər. Buna isə hazırki iqtidar razı olmayacaq. İstənilən halda Azərbaycan da öz prinsiplərindən əl çəkməyəcək. ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığı kimi Avropa İttifaqının Ermənistandakı missiyasına da lüzum yoxdur”.

//Gülnarə Abasova, Editor.az