Azərbaycan heç bir zaman bu tip sayıqlamalarla razılaşmayacaq: ” Minsk Qrupu ləğv edilməlidir”backend

Azərbaycan heç bir zaman bu tip sayıqlamalarla razılaşmayacaq: “Minsk Qrupu ləğv edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfinin bu mövzuda manipulyasiya cəhdlərinin açıq-aydın ortada olmasını heç kəs dana bilməz. Faktiki olaraq bu gün ATƏT-in lazımsız Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistan səmimi mövqe ortaya qoymur və məsələni manipulyasiya etməyə çalışır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupu birmənalı şəkildə ləğv edilməlidir”.

Bu fikirləri Editor.az-a siyasi analitik Tural İsmayılov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sülh sazişi və Minsk qrupunun ləğv sənədinin eyni gündə, cəmi 10 dəqiqəlik fasilə ilə imzalanması təklifini şərh edərkən deyib.

Siyasi analitik bildirib ki, ATƏT-in Minsk Qrupu ləğv edilmədən iki ölkə arasında sülh sazişinin imzalanması absurddur:

“Ermənistan bunu da yaxşı başa düşür. Şərt irəli sürmə lüksü olmamasına rəğmən rəsmi İrəvan Azərbaycana qarşı müəyyən şərtlər diktə etməyə çalışır. Ararat Mirzoyanın sülh müqaviləsinin imzalanması ilə ATƏT-in Minsk Qrupunun eyni gündə ləğv edilməsi barədə açıqlamaları səmimi, ədalətli və obyektiv deyil. Hesab edirəm ki, Azərbaycan heç bir zaman bu tip sayıqlamalarla razılaşmayacaq. Minsk Qrupunun ləğvi ilə sülh sazişinin imzalanmasının eyni gündə baş tutması mümkün deyil. Birincisi, Ermənistan regionda şərtləri diktə edən tərəf deyil. İkincisi, rəsmi İrəvan faktiki olaraq Azərbaycanın uzunmüddətli sülh yaratma təkliflərini bloklayan tərəfdir. Azərbaycanla sülh istəyirsə, Ermənistan öncədən ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ortaya iradə qoymalı, Konstitusiyasını dəyişməlidir”.

//Gülnarə Abasova, Editor.az