Azərbaycan hərbçilərinin qüdrəti erməniləri dəhşətə gətirib: “Onların hücumu əzrayılın gəlişi kimi idi”backend

Azərbaycan hərbçilərinin qüdrəti erməniləri dəhşətə gətirib: “Onların hücumu əzrayılın gəlişi kimi idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ Müharibəsində yaşanan hadisələri danışan erməni əsgər Azərbaycan Silahlı Qüvvələrindən necə qorxduqlarını dilə gətirib.

“Yerevan Today” xəbər verir ki, Fransadan Qarabağa gedərək, Azərbaycan ordusuna qarşı vuruşan erməni üç-dörd azərbaycanlı hərbçinin 20-30 ermənini məhv etdiyini deyib:

“Azərbaycan əsgərlərinin hücumu ölüm mələyinin gəlişi kimi idi. Üç-dörd nəfər gəldilər, 20-30 nəfər silahlı ermənini səngərdə öldürdülər və həmin vaxt da gözdən itdilər. Onları gecə ova çıxan ac qurdlara bənzətdik”.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri əsasən gecə və dumanlı havalarda hücuma keçiblər:

“Nə vaxt gələcəklərini bilmək üçün səngərlərin qarşısına çipsi tökürdük”.

O, erməni əsgərlərin döyüş meydanından qaçması xəbərlərinə cavab olaraq deyib ki, “1500  erməni əsgərin 5-6 nəfərin qarşısından qaçdığını deyirlər, bizi qınayırlar. Bəli, qaçırdıq, əgər qaçmasaydıq mütləq öləcəkdik”.

Erməni əsgər Şuşada baş verənlər barədə də danışıb:

“Onları yolda gözlədik, amma gördük ki, yanımızdadırlar. Qorxunc döyüş idi. Qarabağ uğrunda təkrar vuruşacağımızı deyirlər. Bu döyüşləri görən əsgərlər və ya zabitlər çətin ki, bir daha Qarabağda vuruşsunlar”.

Loading...