Azərbaycan hərbçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu – FOTO/VİDEObackend

Azərbaycan hərbçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu –FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib. DSX-nin keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

APA Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.

Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nin əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.