Azərbaycan I Liqasında sonuncu turun oyunlarına təyinatlar açıqlanıbbackend

Azərbaycan I Liqasında sonuncu turun oyunlarına təyinatlar açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan I Liqasında sonuncu turun oyunlarının təyinatları açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionunun adına məhz bu turda aydınlıq gələcək.

“Şamaxı” klubu hazırda 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi “Qaradağ Lökbatan”ın 53 xalı var. Bölgə təmsilçisi mövsümün son matçına doğma meydanda çıxacaqsa, lökbatanlılar səfərdə “Mingəçevir” klubunun qonağı olacaqlar.

Azərbaycan I Liqası

XXVII tur

22 may

MOİK – “İmişli”

Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Orxan İbişov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu

“Şamaxı” – “Araz Saatlı”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu (PFL TV/canlı)

“Mingəçevir” – “Qaradağ Lökbatan”

Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Teymur Teymurov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

“İrəvan” – “Karvan”

Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“ASK Arena” (PFL TV/canlı)

“Difai Ağsu” – “Zaqatala”

Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Ağsu şəhər stadionu (PFL TV/canlı)

Qeyd edək ki, turun bütün oyunları saat 16:00-da başlayacaq.