Azərbaycan ilə Belarusiya arasında tarixi köklərə dayanan ikitərəfli münasibətlər yüksək xətlə inkişaf etməkdədirbackend

Azərbaycan ilə Belarusiya arasında tarixi köklərə dayanan ikitərəfli münasibətlər yüksək xətlə inkişaf etməkdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Azərbaycan ilə Belarus müstəqillik əldə etməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev beynəlxalq münasibətlərin, həmçinin Belarusla strateji tərəfdaşlığın inkişafına böyük diqqətlə yanaşırdı. Ümummilli Liderin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində möhkəm ikitərəfli münasibətlər qurulmuşdur.

İkitərəfli əlaqələr əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti zamanı yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikası ilə Belarusiya Respublikası arasında tarixi köklərə dayanan ikitərəfli münasibətlər yüksək xətlə inkişaf etməkdədir. Buna misal olaraq göstərə bilərik ki, hər iki ölkə arasında mədəni, iqtisadi və sənaye sahəsində əlaqələr gündən-günə inkişaf edir.

İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Qurulan münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Məhz, son illərdə ölkə prezidentlərinin həyata keçirdikləri qarşılıqlı səfərlər həm ölkələrimiz, həm də dövlət başçıları arasında güclü dostluq əlaqələrinin olmasının göstəricisidir.

Bu baxımdan 16-17 may 2024-cü il tarixlərində Belarusiyanın Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri iki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Ölkə başçısı cənab İlham Əliyev aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlərin ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirdiyini vurğulayaraq qeyd etmişdir: “Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək”.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana iki günlük dövlət səfəri zamanı Belarusun Qarabağda genişmiqyaslı işlərdə iştirak etmək niyyətini təsdiqlədi. Aleksandr Lukaşenkonun Füzuliyə və Şuşaya səfəri, burada erməni vandalizminin nəticəsində dağıdılmış kənd və şəhərlərlə tanış oldu, burada aparılanbərpa-tikinti layihələri ilə tanış oldu və gələcək inkişaf perspektivləri müzakirə edildi. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışı zamanı işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacağını qeyd etmişdir: “İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır”.

Bir sözlə, Belarus Prezidentinin Azərbaycana etdiyi növbəti dövlət səfəri mövcud əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir. Beləliklə, bu səfər Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoydu .

Riyad Rüstəmli – ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru