Azərbaycan informasiya savaşında yeni üstünlük qazanır: UNESCO qərarıbackend

Azərbaycan informasiya savaşında yeni üstünlük qazanır: UNESCO qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlük Azərbaycana mədəni irs siyasətini qlobal səviyyədə daha təsirli şəkildə nümayiş etdirmək imkanı verir. Bu seçimin ardınca ölkəmizin həm tarixi-mədəni irs obyektlərinin beynəlxalq reyestrlərə daxil edilməsi prosesində fəallığı artacaq, həm də regionda gedən informasiya-siyasi rəqabətdə Bakı üçün yeni diplomatik platformalar yaranacaq. Azərbaycan üçün bu, təkcə mədəni sahədə deyil, həm də beynəlxalq təşkilatlarda liderlik rolunun genişlənməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan tarixi-mədəni abidələr baxımından olduqca zəngin ölkədir:

“Eramızdan əvvəlki dövrlərdən Orta Əsrlərə qədər uzanan geniş mədəni irs xəzinəsinə malik olan Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzv seçilməsi ölkəmizin qədim dövlətçilik ənənələrinə sahib olduğunu, türk etnosunun bu ərazilərdə minilliklər boyu yaşadığını bir daha göstərir. Bu addım Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, xarici siyasət və diplomatik fəaliyyətində yeni üstünlüklərin formalaşmasına ciddi töhfə verəcək”.

“Qeyd etməliyik ki, Ermənistan uzun illər bu istiqamətdə Azərbaycana qarşı dezinformasiya kampaniyaları aparıb, xüsusilə 30 il ərzində işğal altında saxladığı ərazilərdə saxta “erməni abidələri” yaratmaqla qədim alban irsini mənimsəməyə çalışıb. Bu gün də analoji iddiaları davam etdirirlər. Lakin Azərbaycan işğaldan azad olunan ərazilərdə həm Azıx mağarasının, həm də Kəlbəcərdə, Ağdərədə, Xocavənddə yerləşən qədim alban məbədlərinin məhz ölkəmizə aid olduğunu elmi faktlarla sübut edib. Bu həqiqətlərin UNESCO müstəvisində təqdim olunması informasiya müharibəsində Azərbaycanın mövqeyini daha da gücləndirəcək”,- sonda politoloq bildirib.

// Gülnarə Abasova, Editor.az