Azərbaycan iqtisadiyyatına ən çox töhfə verən ÖLKƏLƏR – FOTObackend

Azərbaycan iqtisadiyyatına ən çox töhfə verən ÖLKƏLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 1 400 904 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin birinci rübü ilə müqayisədə 212 653 000 dollar və ya 17,9 faiz çoxdur.

Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 512 865 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb. İkinci iqtisadiyyatımıza ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 211 953 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 56,2 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə – Malayziyadan Azərbaycana investisiya qoyuluşu isə 2 dəfə artıb və 135 488 000 dollar olub.

İlin birinci rübündə Azərbaycana ən çox sərmayə qoyan 10 ölkə aşağıdakı kimi sıralanıb:

Qeyd edilən ölkələrdən Azərbaycana cəlb edilən investisiyalar ümumi sərmayə qoyuluşu həcminin 94,1 faizini təşkil edərək 1 318 302 000 dollara bərabər olub. Bu isə müvafiq ölkələr üzrə ötən ilin eyni dövründə cəlb edilən vəsaitlərdən 332 893 000 dollar və ya 33,8 faiz çoxdur.

Siyahıda adı qeyd edilən ölkələrlə yanaşı İtaliya, Rusiya, Hindistan, Niderland, İspaniya, Almaniya, Latviya, Lüksemburq, İsveçrə, Çexiya, Qazaxıstan, Fransa, Kanada, Belçika, Koreya, Qətər, Macarıstan və digər dövlətlər tərəfindən də investisiyalar edilib.