“Azərbaycan iqtisadiyyatının neft qiymətlərindəki dalğalanmadan aslılığı azaldılmalıdır”- Ekspertdən ŞƏRHbackend

“Azərbaycan iqtisadiyyatının neft qiymətlərindəki dalğalanmadan aslılığı azaldılmalıdır”- Ekspertdən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada neftin qiymətinin enib qalxmasının Azərbaycan neftinin qiymətinə dalğavari təsir göstərməsi normaldır. Azərbaycan neftinin qiyməti son vaxtlar artsa da ilin əvvəli ilə müqayisədə 14 faiz, keçən ilə nisbətən isə 30 faiz ucuzlaşıb”.

Bunu Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli xam neftin dünya bazarında qiymətinin artmasının Azərbaycanın gəlirlərinə necə təsir edəcəyi ilə bağlı şərhində deyib.

O, Azərbaycan neftinin qiymətinin artmasının ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini deyib:

“Belə ki, Azərbaycanın əsas 91 faiz ixracatının neft və qaz olduğunu nəzərə alsaq, qiymətlərin qalxması ölkəyə valyuta axınlarının artmasına səbəb olur. Bu da Azərbaycanın makroiqtisadi göstəricilərini yüksəldir, dayanıqlı iqtisadi modelin yaradılmasına imkan verir. Ancaq neftdən aslılığın bu qədər güclü olması neft qiymətlərinin aşağı enməsi ilə iqtisadiyyata mənfi təsir göstərir. Ona görə də Azərbaycan iqtisadiyyatının neft qiymətlərindəki dalğalanmadan aslılığı azaldılmalıdır”.

//Gülnarə Abasova, Editor.az