“Azərbaycan- İran münasibətlərinin gələcəyi bu terror hadisəsinin necə araşdırılmasından aslıdır”-AÇIQLAMAbackend

“Azərbaycan- İran münasibətlərinin gələcəyi bu terror hadisəsinin necə araşdırılmasından aslıdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq hüquq normalarına görə, hər hansı dövlətin səfirliyi həmin ölkənin ərazisidir. Bu baxımdan, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aksiyası ölkəmizin ərazisinə hücum xarakteri daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin edilməsinə isə birbaşa İran dövləti məsuliyyət daşıyır. Rəsmi Bakı da haqlı olaraq, Azərbaycan səfirliyinə – ölkəmizin ərazinə qarşı terror hücumunu törədən cinayətkarların cəzalandırılmasını tələb edir”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi analitik rəsmi Tehranın Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması prosesini olduqca ləngitdiyi qənaətindədir:

“Belə anlaşılır ki, rəsmi Tehran bu cinayətin üstünün açılmasında o qədər də maraqlı deyil. Hətta Azərbaycan səfirliyinə hücum edən terrorçu ilə İran mətbuatında müsahibələr də təşkil etmişdilər. Və bu, dünya praktikasında qeyri-adi davranış örnəyidir. Ancaq rəsmi Bakı bu məsələ ilə bağlı prinsipial mövqe tutmaqda davam edir. Azərbaycan tərəfi hətta cavabsız sualların aydınlaşdırılması üçün İrana Baş Prokurorluğun və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını ezam etmək niyyətində olduğunu da bəyan edib. Yəni, Azərbaycan səfirliyinə terror hücumunun tam dəqiqliyi ilə araşdırılması və cinayətkarların, eləcə də, sifarişçilərin cəzalandırılması Azərbaycan üçün “qırmızı xətt” hesab olunur. Ona görə də Azərbaycan və İran arasında münasibətlərin gələcəyi böyük ölçüdə bu terror hadisəsinin necə araşdırılmasından asılı ola biləcəyi də qətiyyən istisna deyil”.

//Gülnarə Abasova, Editor.az