Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropa yeni dəhlizi aktivləşəcək.
Editor.az bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Twitter” səhifəsində yazıb.
İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi Twitter-də yazıb: “Bu həftə biz yeni dəhlizin aktivləşdirilməsini görəcəyik. (İran, Аzərbaycan, Gurcüstan, Qara dəniz və Avropa)”.
S.A.Musəvinin sözlərinə görə, bu dəhliz Pakistan, İran və Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra aktivləşəcək.

Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars Körfəzi – Qara Dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.

