Azərbaycan İranın narkotik biznesini çökdürdübackend

Azərbaycan İranın narkotik biznesini çökdürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məşhur kompüter oyunlarından birində belə bir sistem mövcuddur. Düşmənin birini məhv edirsən, digəri meydana çıxır. Sözsüz ki, kompüter alqoritmləşdirilmiş sistemə malikdir. Gələcək təhdidləri öncədən bilib, müəyyən edə bilirsən, çünki ən azından bu oyun dəfələrlə oynanılarkən tarixçədə kimin özünü necə aparacağı haqqında məlumatın var. Bir də viruslar mövcuddur, özünü bəlli etmir, amma ən “lazım olmayan” məqamdə üzə çıxır, “mən də varam deyir””. 

Bunu Milli.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, işğal olunmuş ərazilərimizdə müharibəyə kimi terrorçuların hazırlanması üçün istifadə edilirdi:

“Vaxtilə sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən bəzisinin gərçək siması müharibə vaxtı, bəzinin isə müharibədən sonra daha da aydın şəkildə görünməyə başladı. 44 günlük Vətən savaşında Fransa öz tərəfini bəlli elədi. Özü də göz görə-görə haqsızcasına… Bir digər dövlət da var idi, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta müharibədən sonra bərpa-quruculuq işlərində maraqlı olduğunu bildirirdi ki, söhbət uzaqdan yox, lap öz yaxınımız olan İrandan gedir. Müharibə zamanı Prezident İlham Əliyev dost ölkələrlə münasibətlərimizi daha da sıx etdi, mahir bir diplomat kimi diplomatik gedişlər edərək, dost olmayan dövlətlərə isə regiona yaxın düşməyə belə aman vermədi. İndiki məqamda dost olmayan dövlətlər öz mövqeyini dəyişibsə ya da daha dəqiq ifadə etsək ən azından onlar tərəfindən müsbət siqnallar alırıqsa, deməli, bu, bizim diplomatiyamızın uğurudur. Söhbət Fransadan gedir ki, son günlərdə mediadan məlum olduğu qədər qarşı tərəfdən müsbət siqnallar alır, görüşlərin keçirildiyinin şahidiyik.
İran isə əsl simasını açmaq üçün çox dözə bilmədi. Çünki Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısını aldı.

Bu illər ərzində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Beləliklə, Azərbaycan İrana axan maliyyənin qarşısını aldı. Vaxtilə məsciddə işğalçılar donuz və inək saxlayıb, müsəlmanların heysiyyətini qəsdən təhqir etdikləri zaman İran müsəlman qardaşı olaraq niyə səsini çıxarmırdı? Çünki Ermənistanın qanunsuz iqtisadi fəaliyyətində, talançılıq siyasətində əli olan İran üçün pul müsəlmanların heysiyyətindən daha önəmli rol oynadı. Öz ortaq heysiyyətinin alçaldılmasına razı olan bu ölkə bu gün elə haqlı olaraq da digər dövlətlər tərəfindən uzaq tutulur.  Bu illər ərzində İran Ermənistanla əlbir olub torpaqlarımızda nə desən edib. Tarixi təhrif etmək, narkotik biznesi, terrorçuluq… İrandan olan qondarma mütəxəssislərin köməyi ilə “tolerantlıq” nümayiş etdirmək üçün bir məscid fars məscidi kimi təqdim edilməyə cəhd göstərilib.

Azərbaycan İranla Ermənistanın ortaq biznesləri olan narkotik biznesini çökdürdü. Yəni İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Hansı ki, işğal dövründə Qarabağ torpaqlarından narkotrafik kimi istifadə ediblər. Əvvəl qeyd edirdiksə ki, evlər və ictimai binalar sökülüb, daşına qədər İrana daşınıb, İran və Ermənistan arasında hər il biznes forumlar keçirilir, indi isə detallar üzə çıxır və məlum olur ki, elə bu biznes forumların kökündə narkotik biznesi dayanırmış. Burada isə söhbət ən ağır və ən təhlükəli maddə olan heroindən gedir. Əslində isə ölkə başçımız işğal illərində dəfələrlə bildirirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Terrorizm və narkotik biznesi İran-Ermənistan qardaşlığının məğzini təşkil edir”.