“Azərbaycan İslam dünyasının parlaq ulduzuna çevrilir” – Millət vəkilibackend

“Azərbaycan İslam dünyasının parlaq ulduzuna çevrilir” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam dünyasında baş verən ictimai-siyasi, sosial, mədəni prosesləri diqqətlə izləyən və müzakirə edən təşkilatdır”.

Bu sözləri Editor.az-a Prezident İlham Əliyevin İƏT-in baş katibini qəbul etməsi ilə bağlı danışarkən millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, Azərbaycan İƏT-də daim fəal iştirak edir: “Buna uyğun olaraq İƏT-in Baş katibi ölkə başçısı İlham Əliyev ilə görüşüb və hazırkı vəziyyət müzakirə edilib.

Azərbaycanın bu cür görüşlərində dünya üçün maraqlı məqamlar yer alır. İslam dünyasında Azərbaycan inkişafı, ərazi bütövlüyünü bərpa etməklə diqqəti cəlb edir. İslam ölkələrinə qarşı ən müxtəlif təhdidlərin olduğu bir dövrdə Azərbaycan İslam dünyasının parlaq ulduzuna çevrilir. Bu gün Qafqazda baş verən hadisələr zəminində bu məsələyə baxsaq, aydın görmək olar ki, Qafqazda əmin-amanlığı, gələcəyə inamı İƏT-in üzvü olan Azərbaycan təmin edir. Məsələn, xristian və ya müsəlman olmaqda deyil, əsas məsələ birgə yaşayışı təmin edə bilməkdədir.

Azərbaycan öz haqqını axıra qədər müdafiə etdi. Bu da Azərbaycanın hər hansı fövqaladə səlahiyyət əldə etməsi demək deyil, Azərbaycanın beynəlxalq qanunlara əsaslanaraq haqq-ədaləti təmin etməsidir”.

//Səbinə Hüseynli, Editor.az