Azərbaycan İsraildə səfirlik açır: Proseslər necə dəyişəcək?- Deputatdan AÇIQLAMAbackend

Azərbaycan İsraildə səfirlik açır: Proseslər necə dəyişəcək?- Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir ki, İranın Azərbaycana qarşı yeritdiyi düşmən siyasət bəllidir. Bu rejim Ermənistana “bir dövlət, iki millət” prinsipindən çıxış edir. Onu da qeyd edək ki, Azərbaycan İranla normal münasibətdə olmayan İsraildə səfirlik açmaq niyyətindədir.

Bəs mövcud şəraitdə Rəsmi Bakının Təl-Əvivdə səfirlik açması prosesləri necə dəyişəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın İsraildə səfirlik açması hər hansı dövlətin konkret siyasəti ilə bağlı deyil:

“İranın bizə heç vaxt münasibəti dəyişməyəcək. İran  hər zaman olduğu kimi “üzdə bir, altda bir” siyasətini davam etdirəcək. “Dostluq, qardaşlıq” barədə mesajlar versə də Azərbaycana qarşı təbliğatları davam edəcək. Bunu 30 il ərzində müşahidə etdik. Azərbaycan bu günə kimi balanslaşdırılmış siyasət həyata keçirir. İsrail məsələsində də eyni mövqedə dayanıb. Eyni zamanda, müsəlman dövlətlərinin bu məsələyə həssas münasibətini də nəzərə alıb. Uzun illərdir ki, Azərbaycan İsraillə əməkdaşlıq edir, müasir texnika və avadanlıqlar əldə edir. Bu gün Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi bir addımdır. Rəsmi Bakı bununla qarşıya qoyduğu hədəflərə nail olur. Əslində bu səfirlik çoxdan açılmalı idi. 1993-cü ildən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Bu, dövlətimizin uğurlu xarici siyasətinin təzahürüdür. Biz həm İslam həmrəyliyinə töhvə veririk, həm də digər müsəlman ölkələri ilə dostluğumuzu möhkəmləndiririk. Azərbaycanın hər zaman müxtəlif platformalarda mövqeyini dəstəkləyən İsraildə səfirliyin açılması labüd idi. Bu, bizim tam haqqımızdır. Bu, Rəsmi Bakıya yeni imkanlar yaradacaq”.

//Safura Bənnayeva, Editor.az