Azərbaycan İsrailə qarşı neft embarqosuna qoşulacaq?-AÇIQLAMAbackend

Azərbaycan İsrailə qarşı neft embarqosuna qoşulacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin may ayının ortalarından etibarən İsrail gündəlik olaraq 220 min barrel neft idxal edib ki, bunun da 60 faizi müsəlman ölkələrindəndir. neft bazarı qlobal bazardır və müsəlman ölkələr Tehranın çağırışına qoşulsa, İsrail embarqonun yaratdığı narahatlıqları aradan qaldırmağa qadirdir. O şərtlə ki, Azərbaycan və Qazaxıstan bu çağırışdan imtina etsin”. Bu barədə “Blomberq” məlumat yayıb.

Bəs, bu gün İsrail-Azərbaycan iqtisadi əlaqələri hansı səviyyədədir və Azərbaycan ya da digər müsəlman ölkələrdən neft embarqosu gözləniləndir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dünyada hasil edilən və ümumi ixrac edilən məhsullar arasında İsrailin payı o qədər də böyük deyil:

“Azərbaycanın heç bir halda İsrail üçün neft embarqosuna qoşulması gözlənilmir. Türkiyədən sonra rəsmi Bakının yüksək səviyyədə münasibətinin olduğu ölkələrdən biri də İsraildir. Hər zaman İsrail Azərbaycanın yanında olub. Həmin tətbiqi nəzərdə tutulan sanksiyaya ölkəmizin dəstək verəcəyini gözləmirəm”.

İqtisadçı ekspert Əkrəm Həsənov da İsrailə qarşı neft embarqosunun tətbiq ediləcəyini gözləmir:

“Müsəlman ölkələrinin arasında ziddiyyətlər var. Bu təklifi verən tərəf isə İrandır. Onun da müsəlman ölkələri ilə ziddiyyətləri var. Müsəlman ölkələri ortaq qərar verərək embarqo tətbiqinə razı olarsa, Azərbaycan da həmin qərarı dəstəkləməyə məcbur olacaq. Vaxtilə bütün müsəlman ölkələri Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri üçün biz də müsəlman həmrəyliyimizi göstərməliyik. Embarqo məsələsinin qaldırılması İsrailə təzyiq vasitəsidir. Azərbaycan siyasi və iqtisadi müstəvidə İsraillə normal münasibətin tərəfdarıdır. İsrailə qarşı bu kimi sanksiyaların tətbiqi qəbuledilməzdir”.

//Safura Bənnayeva, Editor.az