“Azərbaycan istənilən anda düşmənə dəmir yumruğu göstərməyə qadirdir”-Millət Vəkili ŞƏRH EDİRbackend

“Azərbaycan istənilən anda düşmənə dəmir yumruğu göstərməyə qadirdir”-Millət Vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin antiterror tədbirlərinin başa çatmasından sonra xalqa müraciəti zamanı toxunduğu məqamlardan bir daha bütün dünyaya bəyan oldu ki, Azərbaycanın daxili işinə heç bir ölkə qarışa bilməz və Azərbaycan istənilən anda düşmənə dəmir yumruğu göstərməyə qadirdir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Ali baş komandanın da qeyd etdiyi kimi suveren Azərbaycan torpaqlarını bütün dünya tanıyır və bununla bağlı heç bir məsələ müzakirə mövzusu deyil. Ermənistan dövləti və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimi tabeçilik göstərməməklə sanki nələrisə dəyişməyə cəhd edirdi. Ancaq 44 günlük Vətən müharibəsində olduğu kimi güclü ordumuz cəmi 24 saata düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Ali baş komandanın zərgər dəqiqliyi ilə qurduğu taktika həm masada, həm də döyüş meydanında Azərbaycanın haqq ədalət mübarizəsindən qalib çıxmasına səbəb oldu. Artıq antiterror tədbirləri başa çatıb. Qarabağ ərazisində qalan mülki əhali artıq seçim etməlidir. Ya Qarabağı tərk etməli, yaxud da Azərbaycan qanunları çərçivəsində azsaylı xalq olaraq yaşamalıdır. Onların da təhlükəsizliyinin ən böyük qarantı məhz cənab prezidentdir. Çünki Azərbaycan müstəqil bir ölkə olaraq öz verdiyi qərarlarının arxasında durmaq iqtidarındadır. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub. Biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik. O cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi 44 günlük Vətən müharibəsindən sonra azad olunan torpaqları cənnətə çeviririk. Prezident İlham Əliyevin həyata keçirdiyi layihələr əsasında həmin ərazilər abadlaşır və artıq sakinlərin köç prosesinə başlanılıb. Xankəndidə yaşayan Azərbaycan vətəndaşları da bunları bir daha nəzərdən keçirməli və seçimini etməlidir. Inanırıq ki, onlar öz rifahları üçün reinteqrasiya prosesində fəallıq göstərəcəklər. Çünki başqa yolları yoxdur. Bu məsələ uzandıqca çətinə düşən tərəf də onlar olur. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. Aniterror tədbirləri zamanı da Azərbaycan dövləti Xankəndidə yaşayan mülki əhaliyə olan münasibətini bir daha dünyaya göstərdi. Bir nəfər də olsun mülki əhali zərər görmədən ordumuz düşməni zərərsizləşdirdi”.