Azərbaycan klubunda qalmaqal: Pullarını ala bilməyən futbolçular çempionat oyununa çıxmaqdan imtina etdilərbackend

Azərbaycan klubunda qalmaqal: Pullarını ala bilməyən futbolçular çempionat oyununa çıxmaqdan imtina etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan” klubunun futbolçuları Azərbaycan I Liqasının V turunda “İmişli” ilə səfər oyununa çıxmayacaqlar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, komandanın oyunçuları qarşılaşmanı boykot ediblər.

Buna klubun futbolçulara məvacibləri ödəməməsi səbəb olub. Daha əvvəl maaşların ödənməməsinə görə məşqə çıxmaqdan imtina edən oyunçular bu dəfə oyunu boykot ediblər.

Klub son olaraq komandaya yarım ayın məvaciblərini ödəməyi təklif edib. Ancaq onlar bütün borcların bağlanmasını istəyiblər. Oyunçulara avqust və sentyabrın məvacibləri ödənməyib.

Rəhbərliyin tələbə müsbət yanaşmamasından sonra futbolçular səfər oyunu üçün İmişliyə getməmək qərarına gəliblər. Qarşılaşma bu gün saat 15:00-da başlanmalıdır. Lakin komanda İmişliyə yollanmayıb.

Problem həll edilməyəcəyi təqdirdə futbolçular qarşıdakı görüşləri də boykot etməyi planlaşdırırlar. Onlar məvaciblərin tam ödənməsini, zədəli oyunçuların əməliyyat xərclərinin qarşılanmasını, futbolçular üçün yaxşı məşq və istirahət şəraitinin yaradılmasını tələb edirlər.