Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinə iki görüşlə yekun vurulacaq.
Editor.az Oxu.az-a istinadla xəbər verir ki, sonuncu oyun günündə “Zirə” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək.
Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyun günündə “Qarabağ” “Səbail”i 3:1, “Sabah” isə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarımfinalda “Neftçi” – “Kəpəz” cütünün qalibi “Sabah”la, “Zirə” – “Araz-Naxçıvan” görüşünün qalibi isə “Qarabağ”la üz-üzə gələcək.
28 fevral
Azərbaycan Kuboku
1/4 final
Saat 16:00, “Zirə” – “Araz-Naxçıvan”
Saat 19:30, “Neftçi” – “Kəpəz”