Azərbaycan kubokunda 1/8 finala yekun vurulurbackend

Azərbaycan kubokunda 1/8 finala yekun vurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Editor.az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə üç matç keçiriləcək.

“Qəbələ” səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olacaq. Qalib gələn tərəf növbəti mərhələdə “Qarabağ”la qarşılaşacaq.

“Qaradağ Lökbatan” “Zirə”ni qəbul edəcək. “Neftçi” 1/4 finalda bu cütün qalibi ilə üz-üzə gələcək.

“Sabah” isə “Kəpəz”i sınağa çəkəcək. Paytaxtdakı qarşılaşmada mərhələ keçəcək komanda “Keşlə”yə rəqib olacaq.

Xatırladaq ki, artıq 1/4 finalın ilk cütlüyü bəllidir. Ötən gün “Zaqatala”nı 3:2 hesabı ilə məğlub edən “Səbail” növbəti mərhələdə “Sumqayıt”la qarşılaşacaq.

25 yanvar

Azərbaycan kuboku

1/8 final

14:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

16:00. “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Dalğa Arena”

17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Bank Respublika Arena”

24 yanvar

“Səbail” – “Zaqatala” – 3:2